AUT.AZ

Etiraf: Onun “Bavariya”ya transferi müzakirə edilib

“Mançester Yunayted”in futbolçusu Kriştiano Ronaldo yayda “Bavariya”ya keçə bilərmiş.

Aut.az xəbər verir ki, “Bavariya” rəhbərliyi bu keçidi müzakirə edib. Bu haqda mətbuata Münhen klubunun baş direktoru Oliver Kan məlumat verib:

“Biz Ronaldonun “Bavariya”ya keçmə ehtimalını müzakirə etdik. Yəqin ki, Dortmundda da eyni şeyi etdilər. “Bavariya” Bundesliqanın böyük simasını görür. Təbii ki, Ronaldo kimi super ulduzlar liqaya diqqəti cəlb edən mühüm amildir. O, son onilliyin ən böyük oyunçularından biridir. Amma biz onu dəvət etmək fikrindən tez də vaz keçdik”.

Xatırladaq ki, 37 yaşlı portuqaliyalı bu mövsüm bütün turnirlərdə 8 oyuna çıxıb, UEFA Avropa Liqasında “Şerif”lə oyunda (2:0) cəmi 1 qol vurub.

Aut.az

Exit mobile version