AUT.AZ

Dərhal qovdular

“Sevilya” Çempionlar Liqasında qrup mərhələsinin 3-cü turunda öz meydanında Dortmund “Borussiya”sına məğlub olduqdan (1:4) dərhal sonra baş məşqçi Xulen Lopeteqini istefaya göndərib.

 Aut.az xəbər verir ki, bu barədə İspaniya klubu rəsmi səhifəsində məlumat yayıb. Lopeteqi “Sevilya”ya üç mövsüm idi rəhbərlik edirdi. Onun rəhbərliyi altında komanda 170 görüş keçirib.

Amma cari mövsümdə komanda uğursuz çıxış edir. “Sevilya” İspaniya çempionatında 5 xal toplayaraq 16-cı pillədə qərarlaşıb. Çempionlar Liqasında isə cəmisi 1 xal əldə edilib.

Lopeteqinin yerinə namizədlər barədə isə məlumat verilməyib.

Aut.az

Exit mobile version