AUT.AZ

Bir sövdələşmə ilə xilas olublar

“Barselona” 2021/22 maliyyə ilini mənfəətlə başa vurub.

Aut.az xəbər verir ki, bu məlumat klub üzvlərinin assambleyasında verilən hesabat zamanı açıqlanıb.

Klub ötən mövsümə 765 milyon avro gəlir və 784 milyon avro xərc planlaşdırıb. 2021/22 maliyyə ilində kataloniyalıların faktiki gəliri 750 milyon avro, faktiki xərcləri isə 856 milyon avro olub.

Amma ilk maliyyə rıçaqından istifadə – növbəti 25 il ərzində televiziya hüquqlarının 10%-nin Amerikanın “Sixth Street” şirkətinə satılması “Barsa”ya 267 milyon avro gəlir gətirib.

Bu sövdələşmədən sonra klubun vergidən sonra xalis mənfəəti 98 milyon avro təşkil edib. İl ərzində “Barsa” maaşları, təxminən 100 milyon avro azaldıb. 2020/21 mövsümündə 617 milyon avro olan maaş büdcəsi 518 milyona enib.

Aut.az

Exit mobile version