AUT.AZ

Bir futbolçu 98 komandadan üstündür

“Mançester Siti”nin norveçli hücumçusu Erlinq Haland UEFA Çempionlar Liqasının qrup mərhələsinin III turunun “Kopenhagen”lə matçında (5:0) iki qol vurub.

Aut.az xəbər verir ki, 22 yaşlı hücumçu bu turnirdə 22 matçda 28-ci dəfə fərqlənib. O, orta hesabla hər oyuna 1,27 qol vurur. Erlinq bu göstəriciyə görə  Çempionlar Liqasında çıxış edən 98 komandanı üstələyir.

Haland İngiltərə klublarında oynayıb ÇL-də ilk 3 oyunda qol vuran 3-cü futbolçu olub.

O, bu mövsüm Çempionlar Liqasında 3 oyuna çıxıb, 5 qol vurub. İngiltərə çempionatında 8 görüşdə 14 qol vurub və 3 məhsuldar ötürmə edib.

Aut.az

Exit mobile version