AUT.AZ

“Barsa” fanatları onu bu şəklə görə hədələyirlər

“İnter”in futbolçusu Alessandro Bastoni Çempionlar Liqasında “Barselona” ilə keçirilən oyundan sonra təhdidlərə məruz qalıb.

Aut.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə futbolçunun sevgilisi məlumat yayıb. O, təhdid mesajlarının fotosunu  da şəbəkədə yerləşdirib.

Mesajların birində bu sözlər var:

“Mən sənin ərinin ayaqlarını sındıracağam,  evinizin yaxınlığındayam. Mən onu vuracağam və o, daha futbol oynamayacaq”.

Yəqin ki, Bastonin paylaşdığı şəkil “Barsa” fanatlarını qəzəbləndirib. O, Qavinin yaxasından tutaraq qazonda dartdığı fotonu yayımlayıb.

Aut.az  

Exit mobile version