AUT.AZ

40-nı cəzalandırıb

PSJ-in futbolçusu Çempionlar Liqasında “Benfika” ilə keçirilən oyunda qol vurub.

Aut.az xəbər verir ki, bununla da argentinalı futbolçunun ÇL-də qol vurduğu komandaların sayı 40-a çatıb. Bu göstərici rekord sayılır.

“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo 38 komandanı məyus edə bilib. “Qartallar”ın qapısından keçən qol Messinin ÇL-də cərimə meydançasının xaricindən vurduğu 22-ci qoldur. Bu göstəricidə Leo Ronaldoya çatıb.

Aut.az

 

Exit mobile version