AUT.AZ

Əgər onun Braziliya pasportu olsaydı…

“Şaxtyor”un direktoru Dario Srna klubun yarımmüdafiəçisi Mixail Mudrik haqda danışıb.

Aut.az xəbər verir ki, Srna futbolçunu xeyli tərifləyib, onu dünya futbolunun ulduzları ilə müqayisə edib:

“Əminliklə deyirəm ki, Mudrik indiyə qədər bizim klubda oynamış braziliyalı futbolçuların hamısından yaxşıdır. Bu, pafos, demaqogiya deyil.

Mən bütün həyatım boyu futbolda olmuşam və cəsarətlə deyirəm ki, o, Mbappe, Neymar və Vinisiusdan sonra öz mövqeyində Avropanın ən yaxşı oyunçusudur. O, inanılmazdır.

O, hər şeyə sahibdir və bunu hər oyunda göstərir. Və onun cəmi 21 yaşı var. Mixail təkliflərdən narahat deyil, sadəcə futbol oynayaraq əylənmək istəyir. Əgər onun Braziliya pasportu olsaydı, dəyəri 100 milyon olardı”.

Daha əvvəl məlumat yayılmışdı ki, “Şaxtyor” Mudrikin satışından 50 milyon avro qazanmaq istəyir. Ona Avropanın adlı-sanlı klubları maraq göstərir.

Aut.az

 

Exit mobile version