AUT.AZ

Ukrayna rəsmən qoşuldu – İspaniya və Portuqaliyaya

Ukrayna rəsmi olaraq 2030-cu ildə keçiriləcək dünya çempionatına ev sahibliyi etmək iddiasındadır.

Aut.az xəbər verir ki, İspaniya və Portuqaliya futbol assosiasiyaları Ukraynanın bu ölkələrin dünya çempionatına ev sahibliyi etmək üçün ərizəsinə daxil olduğunu təsdiqləyib.

Qeyd olunur ki, müraciət İspaniya hökuməti tərəfindən təsdiqlənir, həmçinin UEFA tərəfindən qeyd-şərtsiz dəstəklənir.

İspaniya Kral Futbol Federasiyasının bəyanatında deyilir:

“Biz qlobal futbol ailəsinin bu təşəbbüsü qəbul edəcəyinə və dəstəkləyəcəyinə inanırıq”.

Qeyd edək ki, bu ideyanın təşəbbüskarları 2030-cu ildə dünya çempionatının qruplarından birinin oyunlarının Ukraynada keçirilməsini planlaşdırırlar.

Aut.az

 

Exit mobile version