AUT.AZ

Sorosun qardaşı oğlu məşhur klubu almaq istəyir

Corc Sorosun qardaşı oğlu İngiltərə Premyer Liqasından klub almağı planlaşdırır.

Aut.az xəbər verir ki, Los-Ancelesdən olan prodüserlər Ceffri Soros və Saymon Horsman “Everton”u almaqda maraqlıdırlar. Onlar “LAMF Global Ventures Corp” şirkətini yaradıblar. Konsultantları isə “Everton”un sabiq direktoru Kit Harrisdir.

Məlumata görə, Harris hələ ötən mövsümün sonunda klubun sahibi Fərhad Moşiri ilə danışıqlar aparıb. Lakin Moşiri ilə LAMF nümayəndələri arasında görüş olmayıb.

Moşiri yeni stadionun xərcini ödəmək üçün maliyyə axtarır. Bunun üçün təxminən 550 milyon funt sterlinq lazımdır.

Aut.az

Exit mobile version