AUT.AZ

Şikayət edəcəklər

“Barselona” ÇL-in qrup mərhələsində “İnter”lə keçirilən oyunda (0:1) hakimliyə görə UEFA-ya şikayət edəcək.

Aut.az xəbər verir ki, qarşılaşmanın 90-cı dəqiqəsində top “İnter”in müdafiəçisi Denzel Dumfrisin əlinə dəyib. Slavko Vinçikin rəhbərlik etdiyi hakimlər videotəkrara baxdıqdan sonra 11 metrlik zərbə təyin etməmək qərarına gəliblər.

“Barsa” rəhbərliyi UEFA-dan təminat almaq istəyir ki, video referi Pol van Buekel bir daha onların oyununa təyinat almayacaq. Maraqlıdır ki, bu hakim “Barselona”nın “Bavariya” ilə oyununa da təyinat almışdı.

İspanların iddiasına görə, bu hakim “Bavariya” ilə qarşılaşmada Usman Demebeleyə qarşı olan qayda pozuntusuna da göz yumub və 11 metrlik təyin etməyib.

Aut.az

Exit mobile version