AUT.AZ

Qəpik-quruşa işləyir, amma Rövnəq Abdullayevə təşəkkür edir

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi AFFA ilə yeni müqavilə bağlamasına münasibət bildirib.

Aut.az xəbər verir ki, italiyalı mütəxəssis sosial şəbəkə hesabında bunları qeyd edib:

“Milli komandamızla indiyədək görülən işləri müsbət qiymətləndirdikləri üçün Federasiyaya, xüsusən də prezident Rövnəq Abdullayevə və İcraiyyə Komitəsinə şəxsən öz təşəkkürümü bildirirəm. Biz meydanda işi optimallaşdırmaq üçün oyunçular, menecerlər və azarkeşlər üçün qaneedici şərait yaratmışıq. İndi bizi iddialı və gərgin sınaq, Almaniyada keçiriləcək AÇ-2024-ün təsnifat mərhələsi gözləyir. Mənimlə inamla addımlayan futbolçularıma, meydanda və ondan kənarda əzmlə çalışanlara təşəkkür edirəm. Onların mənim üçün çox dəyərli olduğunu bildirmək istəyirəm”.

 

Xatırladaq ki, Canni De Byazi ilə müqavilənin müddəti növbəti seçmə mərhələnin sonunadək nəzərdə tutulub. Onu da qeyd edək ki, AFFA İcraiyyə Komitəsinin üzvü Mahir Məmmədov “Futbol+” qəzetinə verdiyi açıqlamada bildirmişdi ki, Canni De Byazi Azərbaycanda qəpik-quruşa çalışır. Vurğulamışdı ki, hətta o qədər az məvacib alır ki, heç bir yerli mütəxəssis bu maaşa millidə işləməz. Belə çıxır ki, italyan mütəxəssis Azərbaycan yığmasında qəpik-quruşa işləməkdən məmnundur. Hətta o qədər məmnundur ki, buna görə Rövnəq Abdullayevə təşəkkür də edir.

Aut.az

Exit mobile version