AUT.AZ

O danışır, bu isə başa düşmür

“Liverpul”un uruqvaylı hücumçusu Darvin Nunyes baş məşqçi Yurgen Klopp taktiki göstərişlər verərkən onu başa düşmür.

Aut.az xəbər verir ki, Nunyes Kloppun alman ləhcəsini heç cür anlamadığını bildirib:

“Düzünü desəm, Klopp danışanda heç nə başa düşmürəm. Təbii ki, komanda yoldaşlarından onun dediklərini izah etmələrini xahiş edirəm. Hər halda, əminəm ki, Klopp meydandakı oyunçulardan nə almaq istədiyini kifayət qədər dəqiq bilir”.

Xatırladaq ki, Darvin “Liverpul”a yayda “Benfika”dan keçib. 23 yaşlı uruqvaylı cari mövsüm Premyer Liqada 4 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib. Nunyes 2019-cu ildən Uruqvay millisinə çağırılır.

Aut.az

Exit mobile version