AUT.AZ

Kələkbazlıq işə yaradı

“Atletiko” fransalı hücumçu Antuan Qrizmannın transfer hüququnu almaq üçün “Barselona” ilə razılığa gəlib.

Aut.az xəbər verir ki, “hindular” ona görə 20 milyon avro ödəyəcəklər. Qeyd edək ki, Antuan əksər oyunlarda ehtiyatda qalır, əsasən 60-cı dəqiqədən sonra meydana çıxır.

Bunun səbəbi isə “Atletiko”nun kələkbazlığıdır. Müqaviləyə görə Qrizmann meydanda müəyyən edilmiş dəqiqələr keçirsə, “Atletiko” avtomatik olaraq 40 milyon dollar ödəyərək onun transfer hüququnu almalı idi. Amma onlar bu məbləği “Barsa”ya vermək niyyətində deyildilər.

Ona görə də Qrizmann ehtiyatda çox qalırdı. Görünür, “Barsa” rəhbərliyi bu kələklə mübarizə aparmağın mümkünsüz olduğunu anlayıb və qiymətdə güzəştə gedib.

O, cari mövsümdə 9 oyunda meydana çıxıb və 3 qol vurub.

Aut.az

 

Exit mobile version