AUT.AZ

Gülünc olacaq, onu aparmasalar

“Mançester Yunayted”in sabiq müdafiəçisi Rio Ferdinand “Liverpul”un müdafiəçisi Trent Aleksander-Arnold haqqında danışıb.

Aut.az xəbər verir ki, Ferdinand Arnoldun Qətərdə keçiriləcək dünya çempionatı üçün İngiltərə yığmasının heyətində yer almalı olduğunu bildirib:

“Trent dünya çempionatına gedəcək komandada olmasa, bu, sadəcə gülünc olacaq. İnsanlar onun müdafiə oyunundakı çatışmazlıqlarından danışırlar, amma komandaya verə biləcəyi xeyir heç kimi maraqlandırmır.

O, oyunu rəvan etmək iqtidarındadır. Hücumda etdiyi hərəkətlərə görə Trent İngiltərə yığmasında olmalıdır”.

Xatırladaq ki, dünya çempionatı 2022-ci il noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək.

Aut.az

 

Exit mobile version