AUT.AZ

Gördü ki, onun üçün mübarizə aparan komanda var – Hakan

“İnter”in yarımmüdafiəçisi Hakan Çalhanoğlu Çempionlar Liqasının qrup mərhələsində “Barselona” ilə keçirilən oyundan sonra fikirlərini bildirib.

Aut.az xəbər verir ki, Hakan istədikləri kimi oynadıqlarını deyib. O, baş məşqçi üçün meydanda vuruşduqlarını da vurğulayıb:

“Bu gün istədiyimiz kimi oynadıq. Öz dəyərimizi sübut etdik.  Biz həmişə baş məşqçinin yanındayıq. Gördü ki, qarşısında onun üçün mübarizə aparan bir komanda var. Bu gün hər kəs şahid oldu ki, özümüz və o oğlan üçün necə mübarizə aparırıq. Belə münasibət də münasibət bugünkü qələbənin açarı oldu”.

“İnter”in 1:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada yeganə qolu Hakan Çalhanoğlu vurub.

Aut.az

Exit mobile version