AUT.AZ

Fanat.az 14 yaşında

Bu gün Fanat.Az-ın yaranmasının 14 ili tamam olur. Aut.az xəbər verir ki,  2008-ci ilin 5 oktyabrında müstəqil Fanat.Az domenində fəaliyyətə başlayan sayt idman sahəsində Azərbaycanın ilk milli xəbər portalıdır.

Bu vaxta qədər rus dilində, həmçinin agentliklərin əlavəsi olaraq Azərbaycan dilində xəbər saytları fəaliyyət göstərsə də, Fanat.Az ilk dəfə müstəqil şəkildə və doğma dildə fəaliyyət göstərən idman saytı olaraq tarixə düşüb. Bundan sonra yeni saytlar fəaliyyətə başlayıb və Azərbaycan idman mediası inkişaf dövrünə qədəm qoyub.

İlk gündən oxucuların sevimlisi olan Fanat.Az qısa müddətdə idman mediasının öncüllərindən birinə çevrilib. Azərbaycanla yanaşı, ölkə xaricində yaşayan minlərlə soydaşımız hər gün idman xəbərlərini məhz Fanat.Az səhifələrindən oxuyur.

Aut.az həmkarlarımızı təbrik edir, yeni uğurlar arzulayır.

Exit mobile version