AUT.AZ

Etiraz aksiyası – ailələrini aparmayacaqlar

Danimarka yığmasının üzvləri Qətərdə keçiriləcək dünya çempionatına ailələrini aparmayacaqlar.

Aut.az xəbər verir ki, bu barədə məlumatı Danimarka Futbol İttifaqının (DBU) meneceri Yakob Hoyer ictimaiyyətə açıqlayıb. Buna səbəb kimi isə Qətərdə insan haqlarının pozulması göstərilir:

“Biz Qətərə qazanc əldə etmək üçün töhfə vermək istəmirik. Ona görə də turizm fəaliyyətimizi mümkün qədər azaltmağa qərar verdik. Keçmişdə oyunçuların həyat yoldaşları və rəfiqələri bizimlə böyük turnirlərə gedirdilər, lakin bu dəfə işi başqa cür etmək qərarına gəldik”.

Xatırladaq ki, Qətərdəki dünya çempionatı 2022-ci il noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək.

Aut.az

Exit mobile version