AUT.AZ

“Bavariya”da qiyam

“Bavariya”nın mətbəxində çalışan işçilərinin bir hissəsi tətil ediblər.

Aut.az xəbər verir ki, onlar məvaciblərinin uzun müddətdir ödənilmədiyini bildiriblər.

Əvvəllər “Bavariya” mətbəx işçilərinin maaşlarını baş aşpaz Alfons Şubekin şirkəti vasitəsilə ödəyirdi. Hazırda onun hesabları bloklanıb. Çünki ona qarşı cinayət işi açılıb – Şubek vergidən yayınmaqda şübhəli bilinir.

Bu səbəbdən “Bavariya”nın mətbəx işçiləri məvacib ala bilmirlər. Klub rəhbərliyi məsələni tez bir zamanda həll etməyə çalışır.

Aut.az

Exit mobile version