AUT.AZ

Avroliqada ən çox məvacib alanlar

Avroliqada ən yüksək maaş alan oyunçuların illik reytinqi açıqlanıb.

Aut.az xəbər verir ki, reytinqi “Eurohoops” portalı açıqlayıb. Məlumata görə, “Barselona”nın hücumçusu Nikola Mirotiç yenə də mövsümdə ən çox qazanan oyunçu olacaq. Onun illik qazancı 5 milyon dollardır.

Avroliqanın hazırkı çempionu Şeyn Larkin və Vasili Mitsiç (“Anadolu Efes”) reytinq siyahısının 2-3-cü pillələrində qərarlaşıblar. Müvafiq olaraq ildə 4 və 3,3 milyon dollar.

İlk “onluq” belədir:

1.Nikola Mirotiç – (“Barselona”) – 5 milyon dollar

2.Şeyn Larkin – (“Anadolu Efes”) – 4 milyon

3.Vasili Mitsiç – (“Anadolu Efes”) – 3,3 milyon

4.Miloş Teodosiç – (“Virtus”) – 2,1 milyon

5.Uill Kleybern – (“Anadolu Efes”) – 2 milyon

6.Mayk Ceyms – (“Monako”) – 2 milyon

7.Nikola Melli (“Milan”) – 2 milyon

8.Kevin Panqos – (“Milan”) – 2 milyon

9.Tomas Satoranski (“Barselona”) – 2 milyon

10.Tornike Şengeliya (“Virtus”) – 2 milyon.

Aut.az

 

 

Exit mobile version