AUT.AZ

Arzusuna çatıb

“Napoli”nin gürcü hücumçusu Xviça Kvaratsxeliya Çempionlar Liqasının qrup mərhələsində “Ayaks”la səfərdə keçirilən oyundan sonra fikirlərini bildirib.

Aut.az xəbər verir ki, Kvaratsxeliya arzusunu reallaşdırdığını deyib:

“Hesab edirəm ki, arzuma çatdım. Çempionlar Liqasında oynayıram və bu gün qol vurdum. Çox xoşbəxtəm. Amma ən  əsası odur ki, komandamız qalib gəlib”.

Xviça Di Lorentsonun oyunun ən yaxşı futbolçusu seçilməsi haqda da danışıb:

“O, böyük insan, böyük kapitan və böyük futbolçudur. Bu mükafata layiq idi. Lorentso Napoli üçün çox vacib fiqurdur”.

“Napoli” “Ayaks”ı 6:1 hesabı ilə məğlub edib. Kvaratsxeliya 1 qol vurub, 1 qol ötürməsi edib.

Aut.az

Exit mobile version