AUT.AZ

Agent tərəfindən təhdid olunur

“Çelsi”nin keçmiş idman direktoru Marina Qranovskaya hədələnir.

Aut.az xəbər verir ki, Britaniya polisi məsələ ilə bağlı araşdırmaya başlayıb. Marinanın adı açıqlanmayan məşhur agent tərəfindən hədələndiyi bildirilir.

O, Qranovskayadan hansısa transfer üçün 300 min funt sterlinq tələb edib. Həmin şəxs Marinaya göndərdiyi elektron məktubda belə  yazıb:

“Belə davranışın əvəzini sizə ödəyəcəyəm. Bu təhdid deyil, vəddir. Əgər “Çelsi” pulu ödəmirsə, deməli, bu, sənin günahındır. Görüşərik”.

Digər bir məktubda isə bunları yazıb:

“Davranışına görə üzr istəsən, sənə hər şeyi düzəltmək şansı verəcəyəm. Əgər etməsən, söz verirəm ki, şəxsi və işgüzar səviyyədə mənə etdiklərinin əvəzini sənə ödəyəcəyəm. Bu, təhdid deyil, ona görə də onu necə istəyirsənsə qəbul et. Məni aldadan hər kəsə verdiyim söz budur”.

Şantaj işi ilə bağlı polisə iyunda məlumat verilib, agent sentyabrın 19-da saxlanılıb, daha sonra zaminə buraxılıb. Agentin adından danışan vəkil, müvəkkilinin “iddiaları qəti şəkildə rədd etdiyini” və “heç bir qanunsuzluqda ittiham olunmadığını” söyləyib.

Xatırladaq ki, Qranovskaya 2013-2022-ci illərdə “Çelsi”nin idman direktoru vəzifəsində çalışıb.

Aut.az

 

 

Exit mobile version