AUT.AZ

AFFA Canni De Byazinin qəpik-quruşunu artırıb

AFFA İcraiyyə Komitəsi Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi ilə bağlı qərar verdi. İK italiyalı mütəxəssislə müqaviləni yenilədi və onun daha bir seçmə mərhələdə millimizin baş məşqçisi vəzifəsini icra edəcəyi dəqiqləşdi.

Aut.az Fanat.az-a istinadən xəbər verir ki, Millətlər Liqasının son 3 matçında yığmaya qələbə qazandıran De Byazinin maaşı da artırılacaq.

Daha öncə illik, təxminən 350 min avro əməkhaqqı alan çalışdırıcının yeni məvacibi 500 min avro təşkil edəcək.

 

Qeyd edək ki, AFFA İcraiyyə Komitəsinin üzvü Mahir Məmmədov “Futbol+” qəzetinə verdiyi açıqlamada bildirmişdi ki, Canni De Byazi müqavilə ilə qəpik-quruş alır. Qəpik-quruş 300 min avro idi, indi oldu 500 min.

Amma bu məbləğ italyan mütəxəssisin yalnız rəsmi müqavilə ilə aldığıdır. Ona paket halında əlavə olaraq (http://my.aut.az/2022/10/04/canni-de-byazi-az%c9%99rbaycanda-n%c9%99-q%c9%99d%c9%99r-m%c9%99vacib-alir/) 1 milyon avro da verilir.

Aut.az

 

Exit mobile version