AUT.AZ

12 min avro cərimə

A seriyasının 8-ci turunda keçirilən “Atalanta” – “Fiorentina” qarşılaşmasında yaşanan insident araşdırılıb.

Aut.az xəbər verir ki, həmin oyunda meydan sahiblərinin fanatları “Fiorentina”nın prezidenti Rokko Kommissonun ünvanın təhqiramiz ifadələr işlədiblər.

Oyundan sonra “Fiorentina” bəyanat yayaraq günahkarların cəzalandırılmasını tələb edib. Məsələ araşdırıldıqdan sonra “Atalanta” 12 min avro cərimə edilib.

Qeyd edək ki, qarşılaşma “Atalanta”nın qələbəsi ilə başa çatıb – 1:0.

Aut.az

 

Exit mobile version