AUT.AZ

Zəng ediblər, hədələyiblər

UEFA prezidenti Aleksand Ceferin bir daha Superliqa ideyasına münasibət bildirib.

Aut.az xəbər verir ki, Ceferin bu ideyanın inkişaf edəcəyinə inanmadığını vurğulayıb:

“Hətta 10-15 ildən sonra da belə ideyaların yenidən aktual olacağına şübhə edirəm. Üç klub prezidenti var ki, onlar öz eqolarına görə nəyisə iddia edirlər. İngilislər bir daha Superliqa ideyasını dəstəkləməzlər. Avropa futbolunda ingilis klubları olmadan ciddi rəqabətdən danışmağa dəyməz”.

Ceferin Superliqa ideyasının gündəmə gəldiyi vaxtlar üzləşdiyi situasiya haqda da danışıb:

“Bu, həqiqətən də təlatümlü dövr idi. Yeri gələndə bu haqda daha çox danışa və ya kitab yaza bilərəm. Həmin vaxt 48 saat yatmamışam, yemək yeməmişəm, içməmişəm. Mənə zəng edirdilər, hədələyirdilər”.

Exit mobile version