AUT.AZ

Yenə də namizəd olacaq

Aleksandr Çeferin UEFA prezidenti vəzifəsində qalmaq üçün namizədliyini irəli sürəcək.

Aut.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Çeferinin müxtəlif ölkələrdən dəstək məktubları aldığına görə növbəti dəfə namizəd olacağı bildirilir. Məlumata görə, o, seçkilərdə yeganə namizəddir.

Seçkilər 2023-cü il aprelin 5-də UEFA Konqresində keçiriləcək. Tədbir Portuqaliyanın paytaxtı Lissabon şəhərində baş tutacaq.

Xatırladaq ki, sloveniyalı futbol funksioneri 2016-cı ildən UEFA-nın prezidentidir.

Exit mobile version