AUT.AZ

Təkkə Rusiyanı müdafiə etdi

“Zenit”in və “Rubin”in keçmiş futbolçusu Fatih Təkkə hesab edir ki, Rusiya millisinin beynəlxalq yarışlardan kənarlaşdırılması düzgün deyil.

Aut.az xəbər verir ki, türk futbolçunun fikrincə futbol insanları birləşdirməyə yönəlməlidir. Təkkə Türkiyə millisinin Rusiya ilə yoldaşlıq oyunu keçirməyə hazır olduğuna da inandığını deyib:

“Bosniya Rusiya ilə yoldaşlıq oyunu keçirməkdən imtina edir? Futbolun mahiyyəti hörmətdir. Televizoru yandırırsan, görürsən ki, hər oyundan əvvəl “irqçiliyə yox” deyirlər. Futbol insanları bir araya gətirmək üçün mövcuddur, əksinə deyil. Belə durumda da Rusiya cəzalandırılır. Bu yanaşma düzgün deyil.

Türkiyə Rusiya ilə yoldaşlıq oyunu keçirməyə razı olar? Məncə, bu, tamamilə mümkündür. Həyatda və ya siyasətdə bəzi səhv şeylər edə bilərsiniz, amma bu, insanların futbolu daha az sevməsinə səbəb olmur. Hər şey sadədir”.

Qeyd edək ki, noyabr ayına planlaşdırılan Rusiya-Bosniya görüşü keçirilməyə bilər. Bosniyalı futbolçularla ruslarla oynamaqdan imtina edirlər.

Aut.az

 

Exit mobile version