AUT.AZ

“Qarabağ” “TOP-10″da

UEFA Avropa Liqasının sosial şəbəkə hesabları turnirin qrup mərhələsində iştirak edən və formada olan ən yaxşı klubların siyahısını tərtib edib.

Aut.az xəbər verir ki, “TOP-10″da “Qarabağ” da qərarlaşıb. Yerli çempionat və Avropa Liqasının nəticələrinə əsasən hazırlanan siyahıda Ağdam təmsilçisi 1-ci pillədə qərarlaşıb. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda keçirdiyi son 5 matçın 4-də qələbə qazanıb, 1-də uduzub.

Qeyd edək ki, “Qarabağ” növbəti oyununu Avropa Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində səfərdə “Olimpiakos”a (Yunanıstan) qarşı keçiriləcək. Oktyabrın 6-da oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Exit mobile version