AUT.AZ

Qalmaqal: Messi planeti çirkləndirir

PSJ-in və Argentina millisinin futbolçusu Lionel Messi qalmaqalla üzləşib.

Aut.az xəbər verir ki, ulduz futbolçunu ekoloqlar ittiham edirlər.

 

1502 ton karbon qazı buraxıb

 

Messinin şəxsi təyyarəsi var – ulduz statusu və sərvəti olan insanlar üçün bu, adi haldır. Lakin Leonun şəxsi təyyarəsinin uçuş sayı “Lavion de Bernard” kompaniyasını narahat edib. Bu şirkət ekologiyaya təsiri müəyyən etmək üçün məşhurların şəxsi təyyarələrdə etdiyi uçuşların sayını hesablayır.

Şirkətin məlumatına görə, Messinin təyyarəsi iyunun 1-dən avqustun 31-dək 52 uçuş həyata keçirib. Yayın 3 ayı ərzində uçuşların ümumi həcmi 368 saat təşkil edib. Bu müddət ərzində Leonun təyyarəsi atmosferə 1502 ton karbon qazı buraxıb.

Təşkilat iddia edir ki, bu rəqəm adi bir fransızın 150 ildə havaya atdığı rəqəmə bərabərdir. “Attas” şirkəti durumu belə xarakterizə edib: “Messi planeti məhv edən zəngin adamdır”.

 

Prezidentə icarəyə verib

 

Son aylarda Messi doğma şəhəri Rosarioya uçub, Barselona, ​​San-Paulu, Tenerife, Valensiya və Mayamiyə baş çəkib. Maraqlıdır ki, 2021-ci ilin fevralında Leo təyyarəni Argentina prezidenti Alberto Fernandesə icarəyə verib.

Prezident bu təyyarə ilə Meksikaya rəsmi səfər edib, Messi isə 160 min dollar qazanıb. 2022-ci il avqustun əvvəlində Luis Suares də Leonun  təyyarəsindən istifadə edib. Messinin sabiq komanda yoldaşı “Nasional”la müqavilə imzalamaq üçün Montevideoya uçub.

Mətbəx, vanna otağı

 

Messi təyyarəni 2018-ci ildə alıb və hazırda 15 milyon dollar dəyərində olan təyyarə mətbəx və iki vanna otağı ilə təchiz olunub. Təyyarədə səkkiz çarpayıya çevrilə bilən 16 oturacaq var. Quyruqda “10” rəqəmi görünür, pilləkənlərdə Messi, həyat yoldaşı və üç uşağının adları yazılıb.

 

İbitsada onu aldadıblar

 

Bu, Messinin son bir ayda başına gələn ilk qalmaqal deyil. Bir neçə həftə əvvəl argentinalının İbitsada daşınmaz əmlakla bağlı problemləri yarandığı məlum olub. “Marca”nın məlumatına görə, Leo 11 milyon avroya 16.000 m² malikanə alıb. Sonradan məlum olub ki, əvvəlki sahiblər evi lazımi icazə olmadan genişləndiriblər. Onlar icazəsiz iki yeni bina tikiblər. Çox güman ki, argentinalı qanunsuz tikilmiş malikanənin bir hissəsini sökməli olacaq.

Xarici mətbuatdan tərcümə Aut.az-a məxsusdur. 

 

Exit mobile version