AUT.AZ

Qadın futbolunda cinsi təcavüz

Emosional zorakılıq və cinsi təcavüz ABŞ qadın futbolunda sistematik xarakter daşıyır.

Aut.az xəbər verir ki, bu barədə ABŞ-ın keçmiş baş prokuroru Salli Yeytsin rəhbərlik etdiyi müstəqil futbol araşdırması məlumat yayıb.

İstintaq ötən il “Şimali Karolina”nın baş məşqçisi Pol Raylinin işdən qovulmasından və Milli Qadın Futbol Liqasının (NWSL) komissarı Liza Berdin istefasında sonra başlayıb. Liza sabiq futbolçular tərəfindən ittiham olunmuşdu. Onlar komissarı futbolçularla sərt rəftarda günahlandırmışdılar. Yyets güman edib ki, Raylinə qarşı iddia yeganə olacaq. Ancaq o, gümanında yanılıb:

“Təəssüf ki, bu, yeganə fakt olmadı. Keçən il ərzində apardığımız araşdırma sui-istifadənin sistematik olduğu bir liqa müəyyən etdi. Şifahi və emosional zorakılıq, eləcə də cinsi təcavüz bir çox komandada baş verib, bir çox məşqçi tərəfindən törədilib və bir çox oyunçuya təsir edib”.

Müstəntiqlər 200 nəfəri dindiriblər. Müəyyən edilib ki, gənclər liqasından başlayaraq bütün liqaları əhatə edir. Məlumata görə, təhqiramiz münasibət həm də “arzuolunmaz cinsi qısnama və cinsi əlaqə, habelə məcburi cinsi əlaqə” ilə müşayiət olunub.

Aut.az

 

Exit mobile version