AUT.AZ

Qərar verildi

MANCHESTER, ENGLAND - OCTOBER 02: Cristiano Ronaldo of Manchester United looks on ahead of the Premier League match between Manchester City and Manchester United at Etihad Stadium on October 02, 2022 in Manchester, England. (Photo by Laurence Griffiths/Getty Images)

“Mançester Yunayted” klubu ulduz futbolçusu Kristiano Ronaldo ilə yollarını ayırmağa hazırlaşır.

Aut.az xəbər verir ki, klub rəhbərliyi bunu baş məşqçi Erik ten Haqın istəyi əsasında reallaşdıracaq. Niderlandlı mütəxəssis planlarında yer almaya Ronaldonun mövsümün sonunda deyil, daha tez göndərilməsinin tərəfdarıdır. Bu səbəbdən “qırmızı şeytanlar” qış transfer pəncərəsində portuqaliyalıya gələcək təklifləri dəyərləndirməli olacaq.

İngiltərə mətbuatında yayılan xəbərlərə görə, komandanın hazırkı vəziyyətindən narahat olan rəhbərlik Kristiano üçün klub axtarışlarına başlayıb. Yayda ulduz futbolçunu komandada saxlamaq üçün əllərindən gələni edən “Mançester Yunayted”in funksionerləri bu dəfə onu mümkün qədər tez göndərməyə çalışırlar.

Qeyd edək ki, Ronaldo bu mövsüm MY forması ilə 6 oyunda cəmi 207 dəqiqə meydanda olub. O, bu müddət ərzində cəmi 1 dəfə fərqlənib.

Exit mobile version