“Qəbələ”nin U-19 komandası bu gün UEFA Gənclər Liqasının 1-ci mərhələsi çərçivəsində cavab oyununa çıxacaq.
Aut.az xəbər verir ki, komanda Xorvatiya “Hayduk”u (U-19) ilə qarşılaşacaq. Qəbələ şəhər stadionunda oynanılacaq matç saat 17:00-da başlayacaq. Görüşü Türkiyədən olan hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, bu komandalar arasında Xorvatiyadakı ilk görüşdə “Qəbələ” 0:3 hesabı ilə məğlub olub.