AUT.AZ

Plan bəllidir

London “Arsenal”ı mövsümə yaxşı başlanğıcdan yararlanaraq gənc ulduzları ilə müqavilələri uzatmaq niyyətindədir.

Aut.az xəbər verir ki, söhbət Bukayo Saka, Qabriel Martinelli və Vilyam Salibadan gedir. Onlarla müqavilələrin uzadılacağı gözlənilir. Məlumata görə, “topçular” qış ​​transfer pəncərəsində yeni mərkəz yarımmüdafiəçisi də almaq niyyətindədir.

Rəhbərlik Premyer Liqada bütün mövsümü boyunca rəqabətədavamlı qalmaq üçün geniş heyət qurmaq istəyir.

“Arsenal” 8 oyundan 21 xal toplayaraq Premyer Liqda liderdir. “Mançester Siti” “topçular”dan 1 xal geri qalır.

Aut.az

Exit mobile version