AUT.AZ

“Onun Ronaldoya münasibəti biabırçılıqdır”

Məşhur britaniyalı aparıcı Pirs Morqan “Mançester Yunayted”in baş məşqçisi Erik ten Haqın “Mançester Siti” ilə derbidə Kriştiano Ronaldonu ehtiyatda saxlamasına münasibət bildirib.

Aut.az xəbər verir ki, Morqan sosial şəbəkədə yazdığı statusda bu addımına görə baş məşqçini tənqid edib:

“Siz bir bunu təsəvvür edin: o, mövsümün ən vacib oyununda Kriştianonu ehtiyat oyunçular skamyasında oturdur. Oyunun gedişində meydana 5 futbolçu buraxır. Onları “məhv edir” və bundan sonra Ronaldoya “hörmət” etdiyini deyir.

Ten Haqq təkəbbürlü bir əbləhdir. Onun Ronaldoya münasibəti biabırçılıqdır”.

Xatırladaq ki, Mançester derbisi oktyabrın 2-də baş tutub. Oyun “Siti”nin 6:3 hesablı qələbəsi ilə yekunlaşıb. “Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo bütün oyunu ehtiyat oyunçular skamyasında keçirib.

Aut.az

 

Exit mobile version