AUT.AZ

Messinin qoluna Mbappenin reaksiyası – Foto

Fransa çempionatının 9-cu turunda keçirilən oyunda PSJ “Nitsa”ya qalib gəlib – 2:1.

Aut.az xəbər verir ki, Paris klubunun qollarından birini cərimə zərbəsindən Lionel Messi vurub. PSJ-in hücumçusu Kilian Mbappenin bu qola reaksiyasını əks etdirən foto sosial şəbəkələrdə virus kimi yayılıb.

Messinin qolundan sonra gülümsəyən Kilian onu alqışlayır.

PSJ 25 xalla turnir cədvəlində liderdir.

 

Aut.az

Exit mobile version