AUT.AZ

Messi “Barselona”da

PSJ-in futbolçusu Lionel Messinin “Barselona”ya qayıdacağı ilə bağlı iddia yayılıb.

Aut.az xəbər verir ki, belə iddia ilə argentinalı jurnalist Veronika Brunati çıxış edib. O, sosial şəbəkədə yazıb ki, Leo gələn ilin iyulun 1-dən “Barselona”nın futbolçusu olacaq.

Xatırladaq ki, Messinin PSJ ilə hazırkı müqaviləsi 2022/2023 mövsümünün sonuna kimidir. 35 yaşlı argentinalı bu mövsüm Fransa çempionatında 9 oyuna çıxıb, 5 qol vurub və 7 məhsuldar ötürmə edib.

Messi 2003-2021-ci illərdə “Barselona”da çıxış edib. Bu klubda 835 oyun keçirib və 709 qol vurub.

Aut.az

Exit mobile version