“Milan”ın 41 yaşlı hücumçusu Zlatan İbrahimoviç İtalyan komediya serialı “Vita da Carlo”nun ikinci mövsümündə rol alacaq.
Aut.az xəbər verir ki, serialın yeni mövsümü “Napoli”nin prezidenti Aurelio De Laurentisə məxsus “Paramount+” platforması tərəfindən hazırlanacaq və yayımlanacaq.
Böyük ehtimalla, isveçli hücumçunu seriala məhz Aurelio dəvət edib.
İbra bu mövsüm meydana çıxmayıb. O, zədəsini bərpa edir. İsveçlinin 2023-cü ilin yanvarında heyətə dönə biləcəyi proqnozlaşdırılır.
Aut.az