AUT.AZ

Etirazçıları dəstəkləyən futbolçu həbs olundu

İranın “Persepolis”, həmçinin Təbrizin “Maşinsazi” komandasının keçmiş oyunçusu Həmidreza Əli Əsgəri həbs olunub.

Aut.az yerli mətbuata istinadən xəbər verir ki, o, iki həftədən çoxdur ölkədə davam edən etirazlarda vətəndaşların tələblərini dəstəkləyən paylaşımından sonra həbs edilib.
Hələlik keçmiş futbolçuya qarşı ittihamlar rəsmən açıqlanmayıb.

Bu, son bir həftə ərzində saxlanılan ikinci futbolçudur. Sentyabrın sonunda İran millisinin keçmiş oyunçusu Hüseyn Məhini də məhkəmə qərarı ilə həbs edilib və “iğtişaşları təşviq etmək və düşmənə rəğbət bəsləmək”də günahlandırılıb.

Qeyd edək ki, indiyədək İran millisinin bir sıra futbolçuları, o cümlədən Almaniyada çıxış edən hücumçu Sərdar Əzmun Məhsa Əmininin öldürülməsini pisləyən və xalq etirazlarını dəstəkləyən paylaşım edib.

Exit mobile version