AUT.AZ

Ekstradisiyası tələb olunur – qurbanı 23 yaşlı qız olub

İtaliyanın Ədliyyə Nazirliyi “Real”ın keçmiş hücumçusu Robinyonun ekstradisiya olunmasını istəyir.

Aut.az xəbər verir ki, nazirlik bununla bağlı Braziliyaya tələb göndərib. Tələbdə qeyd olunur ki, futbolçu dostu Rikardo Falkao ilə birlikdə 2017-ci ildə İtaliyada 2013-cü ildə qrup şəklində törədilən zorlama hadisəsinə görə 9 il müddətinə azadlıqdan məhrum edilib. Hadisə Milandakı gecə klublarından birində baş verib. Robinyonun qurbanı 23 yaşlı qız olub.

Amma Robinyonun Braziliyadan İtaliyaya ekstradisiya olunacağı ehtimalı azdır. Braziliya öz vətəndaşlarını başqa ölkələrə ekstradisiya etmir.

Qeyd edək ki, 38 yaşlı futbolçu 2010-2014-cü illərdə İtaliyada “Milan”da çıxış edib, ümumilikdə 104 oyun keçirib və 24 qola imza atıb. Robinyo 2020-ci ildə karyerasını bitirib.

Aut.az

Exit mobile version