AUT.AZ

De Byaziyə görə toplanırlar

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.

Aut.az xəbər verir ki, saat 15:00-da başlayacaq iclasda Canni De Byazinin Azərbaycan millisindəki taleyinə aydınlıq gələcək. İcraiyyə Komitəsi toplantıda yığmanın baş məşqçisi vəzifəsinə təyinatla bağlı müzakirə aparacaq.

Bundan əlavə, iclasda aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçisi vəzifəsinə təyinatlarlar, lisenziyalaşdırma qaydalarında müvafiq dəyişikliklərin təsdiqi, Futbol Veteranları Fondunun əsasnaməsində müvafiq dəyişikliklər, Nəzarət-Təftiş Komitəsinin tərkibinin təsdiqi və digər məsələlər müzakirə ediləcək.

Exit mobile version