AUT.AZ

“Çelsi”nin sahibinin arzusuna bax

“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo qış transfer pəncərəsində “Çelsi”yə keçə bilər.

Aut.az xəbər verir ki, 37 yaşlı portuqaliyalını transfer etmək “Çelsi”nin sahibi  Todd Boulinin arzusudur. Bu barədə “The Telegraph” məlumat yayıb.

Məlumata görə, Bouli yayda Ronaldonu komandasında görmək istəyib, lakin bu transferə “Çelsi”nin o vaxtkı baş məşqçisi Tomas Tuxel etiraz edib. Alman mütəxəssis istefaya getdikdən sonra o, bu ideyanı gerçəkləşdirmək niyyətindədir.

Bildirilir ki, “Mançester Yunayted” Ronaldo ilə yolları ayırmağa etiraz etmir, lakin yanvarda “Çelsi”yə mümkün transfer futbolçunun özündən asılı olacaq.

Aut.az

Exit mobile version