AUT.AZ

“Barsa” izləyir, MY ehtiyat edir  

“Mançester Yunayted”in hücumçusu Markus Reşford hələ də “Barselona”nın maraq dairəsindəir.

Aut.az xəbər verir ki, Kataloniya klubu 24 yaşlı oyunçunu izləməyə davam edir. Yayda tərəflər potensial transferi müzakirə etsələr də, razılıq əldə olunmamışdı.

Məlumata görə, “Mançester Yunayted” Reşfordun “Barselona”ya gedə biləcəyindən ehtiyat edərək onunla müqaviləni uzatmaq niyyətindədir.

Markus Premyer Liqada sentyabr ayının ən yaxşı oyunçusu seçilib. 24 yaşlı futbolçu sentyabrda iki matçda iki qol vurub və iki məhsuldar ötürmə edib.

Aut.az

 

Exit mobile version