AUT.AZ

Azərbaycanlı məğlub oldu, Nail seçildi

Rusiya Milli Futbol Liqasının yeni prezidenti bəlli olub

Aut.az xəbər verir ki, seçkilərdə Nail İzmaylov qalib gəlib. Onun yeganə rəqibi Şamil Lahiyalov olub.

İzmaylovun namizədliyi Milli Futbol Liqasının 14 klubu tərəfindən dəstəklənirdi. Lahiyalovun namizədliyini isə “Legion” klubu irəli sürmüşdü.

İzmaylov 53, Lahiyalov 11 səs toplayıb.

Qeyd edək ki, əslən Dağıstandan olan Şamil Lahiyalovun Azərbaycan vətəndaşlığı da var. O, futbolçu karyerası ərzində Azərbaycan yığmasına da dəvət alıb, “Şəfa” klubunda (indiki “Şamaxı”) çıxış edib.

Aut.az

 

Exit mobile version