AUT.AZ

AFFA “Sabah”ın şikayətinə baxmadı

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Sabah” klubunun apellyasiya şikayətini təmin etməyib.

Aut.az xəbər verir ki, İntizam Komitəsinin sentyabrın 9-da paytaxt təmsilçisi barədə 1600 manat məbləğində cərimə cəzası qüvvədə saxlanılıb.

Qeyd edək ki, “Sabah” azarkeşləri Premyer Liqanın 5-ci turunda “Səbail”lə qolsuz heç-heçə etdikləri qarşılaşmada meydana kənar əşyalar atdığı üçün klub cərimə olunub.

Exit mobile version