AUT.AZ

6 şəhər DÇ-ni boykot etdi

Fransanın altı şəhəri Qətərdə keçiriləcək dünya çempionatının oyunlarını boykot edəcək.

Aut.az xəbər verir ki, Paris Lil, Strasburq, Reyms, Bordo və Marsel şəhərləri dünya çempionatının oyunlarını yayımlamaq üçün böyük ekranlı tədbirlər təşkil etməyəcəklər.

Bu qərar dünya çempionatına ev sahibliyi edən Qətərə qarşı etiraz aksiyasıdır. Parisin idman naziri Pyer Rabadan bu qərarı dünya çempionatının həm ekoloji, həm də sosial aspektlərdə təşkili şərtləri ilə əsaslandırıb.

Dünya çempionatı noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək.

Aut.az

Exit mobile version