AUT.AZ

DÇ-2030-a Ukrayna da ev sahibliyi edəcək?

Ukrayna 2030-cu ildə keçiriləcək futbol üzrə dünya çempionatına ev sahibliyi etmək üçün İspaniya və Portuqaliya ilə birgə ərizə təqdim etmək niyyətindədir.

Aut.az xəbər verir ki, bu addımın təşəbbüskarı Ukrayna prezidenti Vladimir Zelenski və İspaniya və Portuqaliya hökumətləridir. Ukrayna qruplardan birinin oyunlarına ev sahibliyi edə bilər.

UEFA-nın mənzil-qərargahında keçiriləcək mətbuat konfransında İspaniya və Portuqaliyanın futbol funksionerlərinin yeni tərəfdaşlığı rəsmən elan edəcəyi gözlənilir. İdeyanın əsas qayəsi budur: futbol ümid yaradır və sülh gətirir.

Qeyd edilir ki, müsbət qərarın verilməsi üçün təhlükəsizlik zəmanəti lazımdır. Eyni zamanda, 2030-cu ilə qədər Ukraynada münaqişənin bitəcəyi və ölkənin bərpa olunacağı gözlənilir.

Aut.az

 

Exit mobile version