AUT.AZ

3-cü tur başlayır

Bu gün UEFA Çempionlar Liqasında 3-cü tura start veriləcək. İlk oyun günündə A, B, C və D qrupunda görüşlər baş tutacaq.

Aut.az xəbər verir ki. 2 matç erkən – saat 20:45-də başlayacaq. Pley-off mərhələsində “Qarabağ”ı mübarizədən kənarlaşdıran “Viktoria” (Plzen) C qrupundakı Münhendə “Bayern”in qonağı olacaq. Eyni vaxtda başlayacaq digər görüşdə D qrupunun sakinləri – “Sportinq” (Lissabon) və “Marsel” birincilərin meydanında üz-üzə gələcək.

Digər qarşılaşmalar isə saat 23:00-da baş tutacaq. Maraqla gözlənilərdən ikisi A qrupunda keçiriləcək. “Ayaks” Amsterdamda “Napoli”ni qəbul edəcək. Böyük Britaniya derbisində isə “Liverpul” və “Reyncers” münasibətlərinə aydınlıq gətirəcəklər. C qrupunun digər görüşündə “İnter” və “Barselona” komandaları üz-üzə gələcək. B qrupunun sürpriz lideri “Brügge” isə “Atletiko” qarşısında imtahan verəcək.

 

A qrupu

23:00 Ayaks – Napoli

23:00 Liverpul – Reyncers

Napoli 6, Liverpul 3, Ayaks 3, Reyncers 0.

 

B qrupu

23:00 Brügge – Atletiko M

23:00 Porto – Bayer Leverkuzen

Brügge 6, Bayer Leverkuzen 3, Atletiko 3, Porto 0.

 

C qrupu

20:45 Bayern M – Viktoria Plzen

23:00 İnter – Barselona

Bayern 6, Barselona 3, İnter 3, Viktroia 0

 

D qrupu

20:45 Marsel – Sportinq

20:45 Ayntraxt – Tottenhem

Sportinq 6, Tottenhem 3, Ayntraxt 4, Marsel 0.

Exit mobile version