AUT.AZ

17 milyard gəlirləri olacaq

Qətərdə keçiriləcək DÇ – 2022-nin təşkilatçıları turnirə xərclənən məbləğdən təxminən iki dəfə çox qazana biləcəklər.

Aut.az xəbər verir ki, bu barədə yarışın təşkilat komitəsinin sədri Nasir Əl-Xatər məlumat verib. O əmindir ki, ölkəyə gələcək turistlərin sayında xeyli artım olacaq:

“Bu miqyasda turnirin keçirildiyi müddətdə turnirə ev sahibliyi edən ölkələrdə həmişə turist aktivliyində artım müşahidə olunub. Məsələn, 2014-cü ildə Braziliyada, 2018-ci ildə Rusiyada belə olub.

Gözlənilən gəlir 17 milyard dollardır. Lakin biz buradan layihə xərclərini və turnirin keçirilməsi üçün sərf olunacaq 8 milyard dollara yaxın məsrəfləri çıxmalıyıq. Bu, normal rəqəmdir və son iki turnirdəkindən aşağıdır”.

Xatırladaq ki, dünya çempionatı noyabrın 20-də başlayacaq, final oyunu isə isə dekabrın 18-də keçiriləcək.

Aut.az

Exit mobile version