AUT.AZ

Əsas namizəd odur

62 yaşlı ispan mütəxəssis Rafael Benites yaxın vaxtlarda İngiltərə çempionatına qayıda bilər.

Aut.az xəbər verir ki, o, hazırda Premyer Liqada sonuncu pillədə olan “Nottingem Forest”ə başçılıq edə bilər. Bu iddianı “The Telegrap” irəli sürüb.

“Lester”ə məğlubiyyətdən (0:4) sonra hazırkı baş məşqçi Stiv Kuperin istefaya göndəriləcəyi bildirilir. Onun yerinə əsas namizəd isə Benites sayılır.

Qeyd edək ki, Benitesin son iş yeri “Everton” olub. O, bu komandanı 2021-ci ilin iyunundan 2022-ci ilin yanvarına qədər çalışdırıb.

Aut.az

Exit mobile version