AUT.AZ

Daha bir ulduz üçün yolun sonu

“İnter Mayami”nin hücumçusu Qonzalo İquain karyerası ilə bağlı önəmli qərar qəbul edib.

Aut.az xəbər verir ki, MLS təmsilçisində çıxış edən argentinalı bu mövsümün sonunda karyerasını başa vuracaq. 34 yaşlı futbolçu bu barədə keçirdiyi mətbuat konfransında məlumat verib. O, futboldakı fəaliyyətini davam etdirəcəyini bildirib.

İquain karyerası ərzində “River Pleyt”, “Real Madrid”, “Napoli”, “Yuventus”, “Milan” və “Çelsi” kimi klublarda çıxış edib. O, 75 matçda Argentina millisinin formasını geyinib və 31 qol vurub. Cənubi amerika futbolu tarixində ən yaxşı 5-ci bombardir olan İquain 2020-ci ilin yayından “İnter Mayami”də oynayır.

Exit mobile version