AUT.AZ

Ulduz xəstəliyinə tutuldu, sevgilisini tərk etdi – FOTOLAR

İngiltərə millisinin hücumçusu Cek Qriliş AVRO-2020-də parlaq çıxışı və “Mançester Siti”yə 100 milyon avroya transferindən sonra Britaniyada ulduza çevrildi. 

Aut.az “The Sun” nəşrinə istinadən xəbər verir ki, bu populyarlıq sayəsində futbolçu ölkənin bir çox məşhur aktrisa və modelləri ilə eşq həyatı yaşayıb.

Cek bir müddət tanınmış musiqiçi və aktrisa Emili Atakla sosial şəbəkə üzərindən yazışıb. Münasibət ciddiləşsə də, cütlüyün eşq macərası uzun çəkməyib.

İngiltərənin realiti-şoularından birində iştirakçı olmuş Lili Hayns Qrilişlə nə vaxtsa yaxından tanış olacağını ağlına belə gətirmirdi. Haynsın yaxın rəfiqəsi nəşrə verdiyi açıqlamada bildirib ki, Qrilişin onun “Instagram” səhifəsindəki şəkili bəyəndiyini biləndə şoka düşmüş və böyük məmnuniyyətlə onunla canlı olaraq görüşməyi təklif etmişdi. Xanımın bu təklifini qəbul edən Qriliş ilk görüşdən sonra məşqlərə daha çox vaxt ayırmalı olduğunu bildirib. Hayns nə vaxtsa onların yollarının kəsişəcəyinə əmindir.

Bu yaxınlarda “Casa Amor” adlı realiti-şou iştirakçısı və “Instagram” fenomeni Elli Braun sözügedən futbolçuyla gecə klublarından birində əylənərkən diqqət mərkəzində düşüb. Məclisdə Qrilişdən başqa, “Mançester Siti”nin ulduzu Riyad Mahrez də iştirak edib. Qrilişin Braunla münasibətinin davam etdiyi iddia edilir.

Xatırladaq ki, ulduza çevrilməzdən öncəki illərdə Qriliş 13 yaşından tanıdığı fotomodel Saşa Etvudla görüşürdü. Cütlük məhz AVRO-2020-dən sonra yolları ayırdı.

Exit mobile version